IV Eduard

IV Eduard
ing. Edward IV
30 dekabr 1460 – 4 mart 1461
ƏvvəlkiYorklu Riçard
Şəxsi məlumatlar
Doğum tarixi 28 aprel 1442
Doğum yeri
Vəfat tarixi 9 aprel 1483 (40 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Müqəddəs Corc kilsəsi[d]
Sülalə York sülaləsi
Atası Yorklu Riçard[1]
Anası Sesilya Nevil[1]
Həyat yoldaşı
Uşaqları
Hərbi xidmət
Döyüşlər

İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


IV Eduard (ing. Edward IV of England) (28 aprel 1442, Ruan9 aprel 1483, Vestminster, Böyük London regionu[d]) — İngiltərə kralı.

York hersoqu olan atası Riçard Plantagenetin 1460-cı ilin dekabrında Veykfild döyüşündə həlak olmasının ardından Eduard York ailəsinin taxt iddialarını miras aldı. 1461-ci ilin əvvəllərində baş tutan ard-arda 2 döyüşdə Lankaster qüvvələrini darmadağın edərək VI Henrini taxtdan endirdi və İngiltərə kralı oldu. Ölkədə sükunəti təmin etmək məqsədilə, Lankaster ailəsindən Elizabet Vudvillə 1464-cü ildə evlənsə də, bu nikah ən yaxın adamı, üstəlik dayısı oğlu olan Vorvik lordu Riçard Nevillə münasibətlərini pisləşdirdi. Belə ki, 1470-ci ildə Vorvik lordu ilə kralın kiçik qardaşı Corc krala qarşı ayaqlandılar və həbs tutulan sabiq kral VI Henrini yenidən taxta çıxardılar.

Flandriyaya qaçan Eduard burada hərbi güc toplayaraq 1471-ci ilin martında İngiltərəni işğal etdi. Barnet və Qlosterşir döyüşlərində qazandığı qələbənin ardından iqtidarı tamamilə ələ aldı. Çox keçmədən VI Henri həbs tutulduğu London qalasında ölü olaraq tapıldı. Lankasterlərin son namizədi olan Henri Tüdorun taxt iddialarını davam etdirməsinə baxmayaraq IV Eduardın bu ikinci səltənəti nisbətən sülh və əmin-amanlıqla keçdi.

IV Eduardın 1483-cü ilin aprelində anidən vəfatının ardından kiçik oğlu Eduard əmisi Riçardın naibliyi ilə kral elan edildi. Ancaq bir neçə ay sonra Riçard qardaşı uşaqlarını qeyri-məşru elan edərək V Eduardın krallığını tanımadı və III Riçard adı ilə İngiltərə taxtını zəbt etdi. Ələ keçirilən 13 yaşlı V Eduard və kiçik qardaşı Riçard London qalasına həbs edildilər və qısa zaman sonra müəmmalı şəkildə yoxa çıxdılar. 1485-ci ildə o, Bosvort döyüşündə Henri Tüdor tərəfindən məğlub edildi və həmin döyüşdə həlak oldu. Taxta çıxan Henri Tüdor IV Eduradın böyük qızı Yorklu Elizabetlə evləndi və beləcə, 2 ailə taxt ətrafında birləşdi.

  1. 1 2 3 4 5 6 7 Kindred Britain.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy